HAQQIMIZDA

TAM ORTAQLI "M.Ş" ŞİRKƏTİ

Milli balıq emalı ənənələrini qoruyaraq müasir texnologiyanın xidmətlərindən bəhrələnməklə dünya standartlarına uyğun, yüksək keyfiyyətli balıq məhsulları emal etmək, habelə emal etdiyi məhsullarla bərabər dünyanın lider şirkətlərinin emal etdiyi məhsulların satışını təşkil etmək məqsədilə 2000-ci il sentyabrın 16-da "M.Ş" Tam Ortaqlı Şirkəti təsis edilmişdir. 2000-ci ilin 18 sentyabrında "M.Ş" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək hüquqi şəxs kimi fəaliyyətə başladı.

"M.Ş" şirkətinin yaranmasına səbəb şirkətin təsisçilərinin 1996-cı ildən başlayaraq Bakı şəhərində balıq məhsullarının alqı- satqısı ilə fiziki şəxs qismində məşğul olmaları və bu sahədə böyük uğurlar əldə etmələri oldu. Əldə edilmiş uğurlar və təcrübə nəticəsində yüksək ixtisaslı mütəxəssislərin cəmləşdiyi "M.Ş" şirkəti keyfiyyətli məhsul istehsalına görə bu gün yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində tanınır.Hazırda şirkət balıq məhsulları istehsalı və satışına görə Azərbaycanda lider şirkətlərdən birinə çevrilmişdir.

Şirkətin priaritet vəzifələri sırasında dünya sularında tutulmuş müxtəlif çeşidli balıq məhsullarını yerli istehlakçılara təqdim etmək, daha da keyfiyyətli balıq məhsullarını emal etməklə bərabər, məhsuların satışını həyata keçirməkdən ibarətdir. Belə ki, "M.Ş" şirkətinin məhsulları Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin "Gigiyenik sertifikaf'ı və Azərbaycan Respublikası Dövlət Standartlaşdırma və Metrologiya Departamentinin "AZS" keyfiyyət nişanının tələblərinə cavab verir.

"M.Ş" istehsal gücünü və emal etdiyi məhsulun keyfiyyətini daha da artırmaq məqsədilə 2003-cü ildə yeni istehsal müəssisəsi almış, həmin müəssisədə bərpa və təmir işləri apararaq, aidiatı emal sexlərini müasir avadanlıqlarla təmin etmişdir. Yatırılan sərmayə hesabına aparılmış yenidənqurma işləri nəticəsində şirkət emal etdiyi məhsulların çeşidini və keyfiyyətini daha da artırmağa müvəffəq oldu.

Şirkətin emal etdiyi və satışını həyata keçirdiyi məhsulların xammal bazasını Azərbaycan, habelə dünya balıq xammalı ixracatçıları olan ABŞ, Norveç, Rusiya, Şotlandiya və Qazaxıstan kimi ölkələrin sularında tutulan balıq növləri təşkil edir.

Habelə, "M.Ş" şirkəti olaraq biz gələcəkdə yalnız balıq məhsullarının emalı və satışı ilə deyil, həm də artırılması ilə məşğul olmağı bir vəzifə kimi qarşımıza məqsəd qoymuşuq.

Sahibkarlıq fəaliyyətində qısa müddət ərzində əldə edilmiş uğurlara baxmayaraq biz daim dünya bazarında rəqabətə davamlı, daha yüksək keyfiyyətə malik məhsul emal edərək satışını təşkil etmək üçün ən yeni texnologiyaların axtarışındayıq. Habelə, milli balıq emalı sahəsinə, yerli istehsala dəstək vermək üçün əməkdaşlıq etməyə hazırıq.

Bu məqsədlə yeni-yeni əlaqələr qurmaq üçün biz Müstəqil Dövlətlər Birliyi çərçivəsində, habelə Azərbaycanda keçirilən bütün yeyinti məhsulları sərgilərində fəal iştirak edirik.

Sizi də "M.Ş" ilə six əməkdaşlığa dəvət edirik!